Azərbaycanla Moldova arasında məxfi məlumat mübadiləsinə dair saziş təsdiq edildi

Azərbaycanla Moldova arasında məxfi məlumat mübadiləsinə dair saziş təsdiq edildi






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Milli Məclis, #Moldova

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclis Azərbaycanla Moldova arasında məxfi məlumat mübadiləsinə dair sazişi təsdiq edib.

presstvaz xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq sənəd müzakirə olunub.

Bildirilib ki, saziş bu il sentyabrın 19-da Bakıda imzalanıb. Saziş 16 fəsildən ibarətdir.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiqi barədə qanun layihəsi səsə qoyulub və bir oxunuşda qəbul edilib.

Sazişdə əsas anlayışlar, əməliyyat orqanları, məhdud məlumatların dövriyyəsi, buraxılışların verilməsi və ləğv edilməsi, sənədlərin məxfiliyi, qarşılıqlı imzalanma qaydaları və bu proseslərin necə aparılması öz əksini tapıb.

Saziş iki dövlət arasında informasiya təhlükəsizliyi, qarşılıqlı idarəetmə və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur və etibarlılığı əsas prinsip kimi müəyyən edir.

Transmissiya zamanı məlumatların dəyişdirilməsi, kibertəhlükələr və digər proseslər zamanı ölkələr arasında informasiya mübadiləsinin yalnız etibarlı şəraitdə və qarşılıqlı razılıq əsasında aparılması tələb olunur.

Bu saziş ölkələrimiz arasında ötürülən məlumatların məxfiliyini, bütövlüyünü və mühafizəsini təmin edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv