Putin və Ərdoğan arasında telefon danışığı baş tutub

Putin və Ərdoğan arasında telefon danışığı baş tutub






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Audi, #İstanbul, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Türkiyə, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Kremlin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, söhbət zamanı ikitərəfli əməkdaşlığın cari mövzuları müzakirə edilib, ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi və enerji sahəsində strateji əhəmiyyətli layihələrinin həyata keçirilməsi vurğulanıb.

Rusiya və Türkiyə prezidentləri Ukrayna ətrafındakı vəziyyət, o cümlədən ABŞ-nin sülh nizamlanması təklifləri kontekstində fikir mübadiləsi aparıblar.

“Vladimir Putin qeyd edib ki, bu təkliflər, nəzərdən keçirdiyimiz variantda, Alyaskada keçirilən Rusiya-ABŞ sammitindəki müzakirələrlə uyğun gedir və prinsip etibarilə, yekun sülh nizamlanması üçün əsas təşkil edə bilər”, – deyə məlumatda bildirilib.

Həmçinin Rusiya tərəfinin Ukrayna böhranının siyasi-diplomatik həllində maraqlı olması bir daha təsdiqlənib.

Rəcəb Tayyib Ərdoğan danışıqlar prosesinə hər cür kömək göstərmək niyyətini və bu məqsədlər üçün İstanbul platformasını təmin etməyə davam etməklə bağlı hazırlığını ifadə edib. Ukrayna dosyesi üzrə müxtəlif səviyyələrdə Rusiya-Türkiyə təmaslarının aktivləşdirilməsi barədə razılıq əldə olunub.

Türkiyə prezidenti, həmçinin Yohannesburqda keçirilən G20 sammitinə səfəri və bir neçə üzv dövlətin başçıları ilə görüşləri ilə bağlı təəssüratlarını bölüşüb.

Prezidentlər müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv