Küçədə vəzifəli şəxsə hücum edənə HÖKM OXUNDU

Küçədə vəzifəli şəxsə hücum edənə HÖKM OXUNDU






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #Məhkum, #Mobil telefon, #TikTok, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirmiş 44 yaşlı şəxsin məhkəməsi keçirilib.

presstvaz “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon sakini Vasif Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Vasif “TikTok” səhifəsində “Azərişıq”ın Beyləqan Elektrik Şəbəkəsi barəsində ardıcıl olaraq neqativ məzmunlu paylaşımlar edib və buna görə idarənin rəisi Fikrət Əhmədov onu məhkəməyə verib.

Bundan sonra Vasif Fətiyev Gəray Əsədov küçəsində Fikrət Əhmədovla qarşılaşıb və aralarında insident baş verib.

Hadisə zamanı Vasif rəisin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib. Ardınca sinə nahiyəsinə bir dəfə yumruqla, daha sonra əlində olan mobil telefonla sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub.

Nəticədə ona sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara xarakterli sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.

Daha sonra həmin yerə yaxın məsafədə olan Fikrət Əhmədova məxsus “Changan CS 55 Plus” markalı avtomobilin ön kapot hissəsinə sağ əli ilə qəsdən bir neçə dəfə zərbə endirərək, ona 100 manat məbləğində zərər vurmaqla, ictimai qaydanı kobud şəkildə pozub.

O da məlum olub ki, V.Fətiyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə V.Fətiyevə üç il həbs cəzası verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv