ORSAM prezidenti: “Türkiyə-Azərbaycan münasibətlərində əsas şərt mühüm məsələlərdə uzlaşmadır”

ORSAM prezidenti: “Türkiyə-Azərbaycan münasibətlərində əsas şərt mühüm məsələlərdə uzlaşmadır”






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi, #Azərbaycan, #Çin, #İran, #İraq, #İsrail, #Liviya, #Müharibə, #Suriya, #Şuşa, #Türkiyə, #Yaxın Şərq, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türkiyə-Azərbaycan münasibətlərində önəmli olan əsas şərt sosial, iqtisadi və enerji məsələlərində uzlaşmanın təmin edilməsidir”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Temiz Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda deyib.

O, 2023-cü ilin oktyabrından sonra baş verənlərin Yaxın Şərq regionu üçün qırılma nöqtəsi olduğunu qeyd edib:

“Yaxın Şərqə səfərlərimiz zamanı əmin olmuşuq ki, orada son yüz ildə qurulan nizamdan heç kim razı deyil. Yəməndən İraqa, Şimali Afrikadan Sudana, Liviyaya qədər Birinci Dünya müharibəsinin nəticələrinin mirasını daşımalı oluruq. Regiondakı təsir mübarizəsi İran-İsrail gərginliyi, eləcə də ABŞ-nin Yaxın Şərqə yenidən qayıtması ilə müşahidə olunur. Çin isə buna paralel olaraq nəhəng iqtisadi artımını tədricən siyasi və geosiyasi sahələrə yönəldir. Biz bunu Yaxın Şərqdə çox açıq şəkildə müşahidə edirik”.

K.Temiz bildirib ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təməlini hər iki ölkənin mövqeyindəki eynilik və uzlaşmadır:

“Əgər strateji müttəfiqiksə, bu, digər ölkələr üçün də örnək ola biləcək ittifaq modelidir. Türkiyə sabitlik təmin edən bir aktordur. Məsələn, Suriyada yaradılan təhlükəsizlik bölgələri və ya İraqda Türkiyənin həyata keçirdiyi aktiv əməliyyatlar destabilizasiya yaradan faktor deyil. Əksinə, regional nizamın və İraqla Suriyada dövlət institutlarının gücləndirilməsi məqsədilə atılan addımlar çərçivəsində həyata keçirilir.

Diqqətçəkən başlıca məqam odur ki, artıq təhlükəsizlik məsələlərində Azərbaycanla birlikdəyik. Ancaq Azərbaycanla münasibətlərdə, fikrimcə, daha önəmli olan sosial, iqtisadi və enerji məsələlərdə uyğunlaşmanın təmin edilməsidir. İkinci məsələ isə Azərbaycanın Yaxın Şərqdəki xarici siyasət prioritetləridir. Bu mövzuda ORSAM olaraq Türkiyə-Azərbaycan əməkdaşlığına açığıq. Bu məsələləri birlikdə müzakirə etməyimiz vacibdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv