Ən nadir 5 pişik cinsi

Ən nadir 5 pişik cinsi






presstv

"Presstv"az #Ailə, #Pişiklər, #Sankt-Peterburq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pişiklər aləmi həqiqətən də heyrətamizdir. Burada elə unikal cinslər var ki, onların mövcudluğundan bir çoxları xəbərsizdir.

presstvaz həmin nadir cinslər barədə xəbər veirr.

Layko (Lykoi)

Bu pişiklər cəmi bir baxışla tanınır. Qıvrılmış qulaqları və canavarabənzər sifətləri onlara “pişik-canavar”, hətta “oboroten pişik” ləqəbini qazandırıb. Xarici görünüşləri hırçın olsa da, laykolar sahiblərinə dərindən bağlanır və çox sadiqdirlər.

Çauzi (Chausie)

Çauzi yabanı qamış pişiyi ilə abissin pişiyinin hibrididir. Nəticədə balaca risi xatırladan iri, enerjili və həddindən artıq maraqlı pişik cinsi yaranıb. Onlar aktiv həyat tərzini sevir və çox diqqət tələb edir.

Toyger

Toygərin üzünə baxanda sanki miniatür bir pələng görürsünüz. Xüsusi zolaqlı rəng, güclü bədən quruluşu, dostcanlı xarakter və uşaqlara sevgi bu cinsin əsas xüsusiyyətləridir. Həm xarakter, həm də görünüş baxımından çox təsirli pişiklərdir.

OciCat (Oçiket)
Oçiket tamamilə ev pişiyidir, lakin ləkəli kürkü səbəbindən yabanı pişikləri xatırladır. Çox ağıllıdır, komandaları asanlıqla öyrənir və oyunları xoşlayır. Aktiv ailələr üçün əla ev heyvanıdır.

Peterbald

Peterbald Sankt-Peterburq mənşəli zərif və zövqlü görünüşlü pişikdir. Tam tüksüz ola bilər və ya qısa, məxməri tüklərə sahib ola bilər. Bu cins yüksək intellekti, mehriban və insansevər davranışı ilə seçilir sahiblərini tək buraxmağı sevmirlər. /Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv