Ərdoğan: “Türkiyədə COP31-in keçirilməsi gələn ilin noyabr ayına planlaşdırılır”

Ərdoğan: “Türkiyədə COP31-in keçirilməsi gələn ilin noyabr ayına planlaşdırılır”






presstv

"Presstv"az #Anadolu, #Audi, #İstanbul, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) 2026-cı ilin noyabr ayında keçiriləcəyini bəyan edib.

presstvaz “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Yohannesburqda (CAR) keçirilən G20 sammitinin sessiyasında çıxış edərkən bildirib.

Türkiyə lideri ölkəsində bərpaolunan enerji mənbələrinə keçid prosesinə, həmçinin “Sıfır tullantı” təşəbbüsünə diqqət çəkib.

Qeyd edək ki, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum COP31 konfransının özünün Antalyada, COP31 Liderlər Sammitinin isə İstanbulda təşkil ediləcəyini açıqlayıb.

M.Kurum əlavə edib ki, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətini, hər platformada beynəlxalq əməkdaşlığa səmimi yanaşması ilə nümayiş etdirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv