KİV: Conatan Harmsvort “The Daily Telegraph”ı 650 milyon dollara satın alıb

KİV: Conatan Harmsvort “The Daily Telegraph”ı 650 milyon dollara satın alıb






presstv

"Presstv"az #Ailə, #Audi, #Dollar, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“The Daily Mail” qəzetinin daxil olduğu “Daily Mail and General Trust” (DMGT) media qrupu “The Daily Telegraph” nəşriyyatını 650 milyon dollara satın almaq barədə razılıq əldə edib.

presstvaz xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən xəbər verib.

Qeyd olunur ki, “The Daily Telegraph” və həftəlik “The Sunday Telegraph” nəşrlərinin sahibi olan “Telegraph Media Group” şirkətini satın almaq DMGT-nin əsas səhmdarı Conatan Harmsvortun (“The Daily Mail”in qurucusunun nəticəsi) çoxdan arzusudur. Bu sövdələşmə sağ-mərkəzçi yönümlü iki böyük nəşriyyatın birləşməsinə gətirib çıxara bilər ki, bu da hakim Leyboristlər Partiyasında narahatlıq yaradır. Gözlənildiyinə görə, hər iki qəzet özünün ayrıca redaksiya komandasını saxlayacaq.

“The Daily Telegraph” 1855-ci ildə Britaniya polkovniki Artur Sley tərəfindən təsis edilib. 2019-cu ilin məlumatına görə, qəzetin gündəlik tirajı təxminən 300 min nüsxə olub. “Press Gazette” onlayn nəşriyyatının hesablamalarına görə, hazırda həmin rəqəm 150 min nüsxə civarındadır. “The Daily Telegraph” Barkli ailəsinin borcları səbəbindən 2023-cü ildə satışa çıxarılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv