Rusiyada Puqaçovanın “əkizi” axtarışa verildi

Rusiyada Puqaçovanın “əkizi” axtarışa verildi






presstv

"Presstv"az #Audi, #Rusiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada məhkəmə icraçıları müğənni Alla Puqaçovanın “əkizi” kimi tanınan məşhur parodiyaçı Aleksandr Peskovu 13 milyon rubl (təxminən 280 min manat) borc səbəbindən axtarışa veriblər.

presstvaz-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, maliyyə çətinliklərinin öhdəsindən gəlmək üçün 63 yaşlı sənətçi öz qonorarlarını əhəmiyyətli dərəcədə azaldıb – onun çıxışlarının qiyməti təxminən 12 dəfə azalıb və 400 000 rubl (təxminən 8 600 min manat) təşkil edib. Daha əvvəl isə Peskov hər şou üçün 5 milyon rubla (təxminən 108 min manat) qədər qazanırdı ki, bu da ona Moskvada iki mənzil almağa imkan verib.

“Mash” iddia edir ki, bir məqamda Aleksandr Peskovun vəziyyəti kəskin şəkildə pisləşib. Onun “Aleksandr Peskovun rəhbərliyi altında teatr” şirkəti Rusiya Federal Vergi Xidməti tərəfindən bağlanıb, kreditor isə 13 milyon rubl (təxminən 280 min manat) məbləğində məhkəmə iddiası qaldırıb.

Maliyyə problemləri və daimi stres sənətçinin sağlamlığına mənfi təsir göstərib, 2019-cu ildə ona diaqnozu qoyulan mədəaltı vəzi xəstəliyi daha da ağırlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv