Ağ Evdə Səudiyyə vəliəhdinin şərəfinə verilən ziyafətin menyusunda hansı təamlar var idi?

Ağ Evdə Səudiyyə vəliəhdinin şərəfinə verilən ziyafətin menyusunda hansı təamlar var idi?






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Dondurma, #Futbol, #İlon Mask, #kərə yağı, #Kriştianu Ronaldu, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Ağ Evin Şərq zalında Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri şahzadə Məhəmməd bin Salmanın şərəfinə şam yeməyi ziyafətində çıxış edərkən masadakı menyu diqqəti cəlb edib.

presstvaz “Associated Press” agentliyinə istinadla xəbər verir ki, payız notlu axşam menyusuna ballı, qoz-fındıqlı balqabaq şorbası, kərə yağında qəhvəyi kremlə ədviyyatlı fındıq, ardınca püstə ovuntusunda quzu qabırğası ilə şirin kartof püresi, rapini (brokkoli-rabe) və limonlu nar şirəsi daxil edilib.

Qonaqlara desert olaraq vanilli dondurma ilə armud mussu verilib.

Ziyafətdə Səudiyyə Ərəbistanının nümayəndə heyəti, “Tesla”nın yaradıcısı İlon Mask, FIFA-nın prezidenti Canni İnfantino və dünyaşöhrətli futbolçu Kriştianu Ronaldu iştirak ediblər.

Xatırladaq ki, Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs Səudla görüşüb. Onlar Səudiyyə Ərəbistanı ilə ABŞ arasında müxtəlif sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə səyləri, habelə regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Tərəflər müdafiə sahəsində strateji saziş, eləcə də bir sıra digər sazişlər imzalayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv