Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Rəşad Nəbiyev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında strateji əməkdaşlıq çərçivəsində təsis edilib.

Mərkəzin açılış tədbirində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, BTİ-nin baş katibi Dorin Boqdan-Martin, BTİ-nin Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava, eləcə də çoxsaylı yerli və beynəlxalq dövlət və özəl təşkilatların nümayəndələri iştirak ediblər.

MDB regionunda ilk olan BTİ Akselerasiya Mərkəzi startapları, biznes subyektlərini, dövlət qurumlarını və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsini dəstəkləmək məqsədilə yaradılıb.

BTİ Akselerasiya Mərkəzi, sürətlə dəyişən rəqəmsal dünyada təhlükəsiz və etibarlı şəkildə irəliləmək üçün yeni, daha dayanıqlı və gələcəyə yönəlmiş yanaşmaları inkişaf etdirməyi hədəfləyən 17 innovasiya mərkəzindən ibarət şəbəkənin bir hissəsidir.

Təşəbbüs BTİ-nin “Rəqəmsal İnkişaf üçün İnnovasiya və Sahibkarlıq Alyansı”nın bir hissəsi olaraq yaradılıb. Alyans həyata keçirilən texnoloji layihələr vasitəsilə iqtisadi inklüzivlik və dayanıqlı inkişafı təşviq edir. BTİ Akselerasiya Mərkəzləri dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və innovativ potensialın real imkanlara çevrilməsi istiqamətində əsas platforma rolunu oynayır.

Mərkəzin fəaliyyəti ölkənin milli prioritetlərini BTİ-nin qlobal missiyası ilə uzlaşdıraraq Azərbaycanın regional innovasiya lideri kimi artan mövqeyini gücləndirəcək. Bu strateji tərəfdaşlıq regional müstəvidə innovasiya ekosisteminin inkişafına güclü təkan verəcək.

Açılış tədbirində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Mərkəz Azərbaycan və regionun digər ölkələrindən olan startaplar və innovativ layihələr üçün qovşaq rolunu oynayacaq:

“Mərkəzdə startaplar Beynəlxalq Telekommunikasiya İttifaqının metodologiyası və standartlarına əsasən tərtib olunan akselerasiya proqramlarında iştirak edə biləcəklər. Bu, onların qlobal bazarlara çıxışını sürətləndirəcək, eyni zamanda qabaqcıl dünya təcrübəsi ilə ölkəmizdə innovasiya mədəniyyəti də inkişaf edəcək”.

Qeyd edək ki, Regional Akselerasiya Mərkəzi Azərbaycan İnnovasiya Mərkəzinin inzibati binasında fəaliyyət göstərəcək. Burada tədbir zalları, iclasların və təqdimatların keçirilməsi üçün otaqlar, eləcə də təlim və kovörkinq sahəsi mövcuddur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv