Ucuz kolbasa məhsullarından birinin tərkibində at əti aşkarlandı: “Dünən gələn məhsulun tarixi artıq silinib”

Ucuz kolbasa məhsullarından birinin tərkibində at əti aşkarlandı: “Dünən gələn məhsulun tarixi artıq silinib”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azad İstehlakçılar Birliyi, #Eyyub Hüseynov, #Nazirlər Kabineti, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxt bazarlarında aparılan son araşdırmalar zamanı satışda olan ucuz kolbasa məhsullarından birinin tərkibində at ətinin aşkarlanması ciddi narahatlıq yaradıb.

Bu fakt digər bazarlarda satılan ucuz kolbasa məhsullarının tərkibi və qiymətinə dair sualları yenidən gündəmə gətirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərək deyib ki, belə məhsulların tərkibində daha aşağıkeyfiyyətli və mənşəyi bilinməyən ətlər də ola bilər:

“Təəssüf ki, ölkədə demək olar ki, heç bir ətin satışına qadağa qoyulmur. İstehlakçının aldadılmaması üçün ətin mənşəyi mütləq göstərilməlidir. Bazarlara gətirilən bu tip ət məhsulları çox zaman yararlılığı şübhəli heyvan ətlərindən hazırlana bilər. Qiymətin ucuz olması da bununla bağlıdır, çünki həmin ətlər istehsalçıya havayı başa gəlir”.

E.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkənin əmtəə bazarında satılan bütün ərzaq məhsulları markalanmalıdır. Yəni məhsulun buraxılma tarixi, son istifadə müddəti, istehsalçı şirkətin rekvizitləri və digər məlumatlar qablaşdırmada qeyd olunmalıdır.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv