2026-cı ildə sosial müavinət, təqaüd və kompensasiyalar üçün 2,144 milyard manat nəzərdə tutulub

2026-cı ildə sosial müavinət, təqaüd və kompensasiyalar üçün 2,144 milyard manat nəzərdə tutulub






presstv

"Presstv"az #Ailə, #Anar Əliyev, #Audi, #Milli Məclis, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ilin dövlət büdcəsində sosial müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat – keçən illə müqayisədə ya 9.1% çox vəsait nəzərdə tutulub.

presstvaz xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:

“Həmçinin növbəti ilin dövlət büdcəsində ÜDSY üzrə 465 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili üzrə isə 141.7 milyon manat vəsait ayrılıb”.

Nazir deyib ki, dövlət icbari şəxsi sığorta vəsaiti hesabına növbəti ildə reabilitasiya vasitələrinin alınmasına 31.7 milyon manat nəzərdə tutulub:

“Həmçinin DSMF-nin investisiya gəlirləri və dövlət icbari şəxsi sığorta vəsaiti hesabına şəhid ailələrinin, müharibə əlillərinin mənzillərlə təminatına 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv