Dünyanın ən bahalı ticarət küçələri açıqlandı

Dünyanın ən bahalı ticarət küçələri açıqlandı






presstv

"Presstv"az #Audi, #London, #Milan, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Londondakı Nyu-Bond küçəsi 2025-ci ildə dünyanın ən bahalı ticarət küçəsi olub.

presstvaz bildirir ki, bu barədə məlumat “Cushman & Wakefield”ın illik hesabatında yer alıb.

Məlumata görə, Nyu-Bond reytinqin ötənilki lideri Montenapoleone küçəsini (Milan) birinci yerdən sıxışdıraraq, dünyanın ən bahalı ticarət küçələri reytinqində ilk pillədə qərarlaşıb.

Qeyd edilir ki, Nyu-Bondda ticarət obyektlərinin illik icarə haqqı 22% artaraq, bir kvadratmetrə görə 20 482 avro təşkil edib.

Reytinqin ikincisi olan Montenapoleone küçəsindədə icarə haqqı qiymətləri bir kvadratmetrə görə 20 min avro olub.

Siyahıda ilk üçlüyü isə Nyu-Yorkun Beşinci prospekti (Fifth Avenue) tamamlayır. Burada icarə qiymətlərinin səviyyəsi bir kvadratmetrə görə 18 360 avro təşkil edib.

Qeyd edək ki, “Cushman & Wakefield” 35 ildir ki, “Dünyanın əsas ticarət küçələri” reytinqini tərtib edir. 2025-ci ildə bu reytinqə 141 şəhər daxil edilib. Reytinqdəki küçələrin 58%-ində icarə haqqının artdığı qeydə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv