Gələn il sosial müdafiə və sosial təminat xərcləri 5 milyard manata yaxın olacaq

Gələn il sosial müdafiə və sosial təminat xərcləri 5 milyard manata yaxın olacaq






presstv

"Presstv"az #Anar Əliyev, #Audi, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Növbəti ilin dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1.4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir”.

presstvaz xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41.1% olması nəzərdə tutulur ki, bu da son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminin 2.2 dəfə artımı deməkdir (7.8 mlrd. manatdan 17.1 mlrd. manata):

“Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121.2 milyon manat və ya 2.6% çoxdur. Bu da son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcminin 2.1 dəfə 2.3 milyard manatdan 4.9 milyard manata artması deməkdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv