COP31-lə bağlı vacib sənədlərin razılaşdırılması Azərbaycana həvalə olundu

COP31-lə bağlı vacib sənədlərin razılaşdırılması Azərbaycana həvalə olundu






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Avstraliya, #Azərbaycan, #Bakı, #Braziliya, #COP29, #Dollar, #İqlim dəyişikliyi, #Norveç, #Paris, #Türkiyə, #Yalçın Rəfiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının (COP30) vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake – GST) ilə bağlı sənədin razılaşdırılması Braziliya tərəfinin xahişinə əsasən Azərbaycana həvalə edilib.

presstvaz xəbər verir ki, Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verdikdən sonra da iqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir.

COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur.

Bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib. COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilib və müsbət qarşılanıb.

Həmçinin Braziliya tərəfinin xahişinə əsasən, COP30-da qəbul edilməsi gözlənilən iki mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub.

Belə ki, COP30 sədri Andre do Laqo Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Maurisio Lirioya COP30 sədrliyi adına COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksəksəviyyəli danışıqların aparılması səlahiyyətini verib. Məlum olduğu kimi, COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparırlar. Həmçinin COP30-un ən vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake – GST) ilə bağlı sənədin razılaşdırılması Azərbaycana həvalə edilib.

COP30 sədri Andre do Laqo Azərbaycan və Norveç nümayəndələrinə prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını verib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə bu dövlətin iqlim və ətraf mühit naziri Andreas Byelland Eriksen edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv