Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi

Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədən Azərbaycana qanunsuz yolla keçən Şərur vətəndaşının işi üzrə məhkəmə prosesi yekunlaşıb.

presstvaz-ın məlumatına görə, hadisə avqustun 18-də baş verib.

Təqsirləndirilən şəxs Əhməd Məbudov (ad-soyad şərtidir-red.) izahatında bildirib ki, 26 dekabr 2024-cü ildə “Sədərək” sərhəd nəzarəti məntəqəsindən qanuni yolla dövlət sərhədini keçərək İstanbul şəhərinə gedib. Həmin tarixdən orada yaşayaraq Azərbaycan Respublikasına qayıtmayıb. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında qanunla icazə verilmiş müddətdən artıq yaşadığına görə deport olunacağından qorxduğu üçün dövlət sərhədini qaçaq yolla keçməyə qərar verib.

Təqsirləndirilən şəxs Dilucu buraxılış məntəqəsinin kənarında sərhədi keçmək üçün anlaşdığı şəxslə – Vüqar Teymurovla əlaqə saxlayıb. Həmin şəxs ona orada gözləməsini və gələcəyini bildirib. Təxminən 1-2 saat sərhəddə gözlədikdən sonra Vüqar ona yaxınlaşıb. Həmin şəxs ona buraxılış məntəqəsinin içərisindəki divarın dibi ilə qamışlıq sahədə təxminən 50 metr getdikdən sonra qabağına tikanlı məftilin çıxacağını, onun üzərindən atlandıqdan sonra Azərbaycan Respublikasının ərazisinə keçəcəyini bildirib.

O bildirib ki, hava qaranlıq olduğu üçün ərazini yaxşı görə bilməyib, ayağı çayın kənarında qamışlıq sahənin üzərindəki tikanlı məftilə ilişib və siqnalizasiya işə düşüb. Dərhal ayağını məftildən çəkərək özünü suya ataraq Azərbaycan Respublikası ərazisinə keçib. Bir qədər getdikdən sonra orada xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv