KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı 28 bəndlik yeni planı təsdiqlədi

KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı 28 bəndlik yeni planı təsdiqlədi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni planı təsdiqləyib.

presstvaz xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, plan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens və Trampın kürəkəni Cared Kuşner tərəfindən hazırlanıb.

Qeyd olunub ki, Amerika tərəfi Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Ukrayna rəsmiləri ilə məsləhətləşib.

“Plan davamlı sülhü təmin etmək üçün hər iki tərəfə təhlükəsizlik təminatları verməyə yönəlib. Bu, Ukraynanın uzunmüddətli sülhə nail olmaq üçün istədiyi və ehtiyacı olan şeyi əhatə edir”, – deyə NBC-nin mənbəsi qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Qərb mediası ABŞ və Rusiyanın Ukraynadakı münaqişənin həlli üçün 28 bənddən ibarət yeni plan hazırladığını yazmışdı.

Bildirilib ki, məsləhətləşmələr əsasən 4 istiqamət üzrə olacaq. Bunlar Ukrayna münaqişəsində sülhün əldə olunması, regionda, eləcə də Avropada təhlükəsizlik zəmanətləri və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv