İrəvanın keçmiş merinə qarşı 5 milyon dollarlıq müsadirə tələbi

İrəvanın keçmiş merinə qarşı 5 milyon dollarlıq müsadirə tələbi






presstv

"Presstv"az #Audi, #Baş Prokurorluq, #Cinayət işi, #Dollar, #Ermənistan, #İrəvan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri, deputat Taron Markaryandan 5.2 milyon dollar məbləğində vəsaitin müsadirəsini tələb edir.

presstvaz Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Baş Prokurorluq qanunsuz aktivlərin müsadirə edilməsi ilə bağlı məhkəmə işi çərçivəsində keçmiş merdən və onunla əlaqəli şəxslərdən 2 milyard dram (5.2 milyon dollar) dəyərində daşınmaz əmlakın və nağd pulun alınmasını tələb edir. Markaryanın əmlakına həbs qoyulub”, – deyə prokurorluqdan bildirilib.

Xəbərdə bildirilir ki, sentyabrın 8-də Markaryana qarşı cinayət işi üzrə materiallar məhkəməyə göndərilib. Markaryan və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş rəhbəri Arman Saakyan İrəvanda torpaqları qanunsuz mənimsəməkdə ittiham olunurlar. Onlar 2011-ci ildən 2018-ci qədər rəhbər vəzifələrdə olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv