Milli Qəhrəmanın anası vəfat etdi

Milli Qəhrəmanın anası vəfat etdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Əfqanıstan, #İsmayıllı rayonu, #Milli Qəhrəmanın, #Müharibə, #Şəhidlər xiyabanı, #Şuşa, #təyyarə, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası Sufayi Mahmudova yaşadığı İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib.

O, uzun müddət səhhətindəki problemlərdən əziyyət çəkib.

Qeyd edək ki, Ə.Mahmudov 1957-ci ildə anadan olub, Leninqrad vilayətində Mülki Aviasiya Məktəbini bitirib. O, Birinci Qarabağ müharibəsində helikopterin bort mexaniki kimi iştirak edib. Onun cəbhəyə son uçuşu 1992-ci ilin yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən “Mi-8” helikopteri erməni quldurları tərəfindən raketlə vurulub. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub.

Milli Qəhrəmanın oğlu, bort operatoru olan Elnur Mahmudov da atasının taleyini yaşayıb. Belə ki, 30 yaşlı E.Mahmudov 2011-ci ilin iyulun 6-da Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Milli Qəhrəmanın anası vəfat etdi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv