Müğənni Dənizə böhtan və təhqir maddələri üzrə bəraət verildi

Müğənni Dənizə böhtan və təhqir maddələri üzrə bəraət verildi






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Binəqədi Rayon Məhkəməsində keçmiş vəkil Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəkil sənətçinin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edib.

Lakin məhkəmə vəkilin ittihamlarını qəbul etməyib və Dəniz Əsədovaya qeyd edilən maddələr üzrə bəraət verilib.

Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış etmiş və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmişdi. Hazırda həbsdə olan müğənni dələduzluq əməllərində təqsirləndirilir.

Cavidan Osmanlı isə bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib. Onun barəsində də dələduzluq ittihamları var və barəsində cinayət işi açılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv