Orxan Məmmədov: “Azərbaycanda qadınların təsis etdiyi KOB-ların sayı artıb”

Orxan Məmmədov: “Azərbaycanda qadınların təsis etdiyi KOB-ların sayı artıb”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Dollar, #İqtisadiyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda təsisçisi qadın olan hüquq şəxs KOB-ların sayı artıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan HR İnstitutunun və “Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Women’s Entrepreneurship Summit 2025” tədbirində bildirib.

Onun sözlərinə görə, qadın sahibkarlığının inkişafına nail olmadan ölkənin iqtisadi potensialından effektiv şəkildə istifadə mümkün deyil:

“Bu baxımdan, qadın sahibkarların biznes fəaliyyətinə başlaması və genişləndirməsi üçün əlverişli mühitin yaradılması, eləcə də onların qarşılaşdığı maneələrin aradan qaldırılması müasir dünyada əksər hökumətlərin qarşısında duran çağırışlardan biridir. Beynəlxalq araşdırmalar göstərir ki, ilkin mərhələdə daha az maliyyələşməsinə baxmayaraq, qadın startaplar sonradan kişi həmkarlarını performans baxımından üstələyir və beşillik fəaliyyəti ərzində 10% daha artıq gəlir yaradır. Eyni zamanda, qadın startaplar investisiyaların gəlirə çevrilməsi baxımından da daha effektiv olurlar və yatırılmış hər 1 dollar üzrə 78 sent gəlir əldə etməyi bacarırlar”.

Sədr bildirib ki, bu il yanvarın 1-nə, Azərbaycanda məşğul əhalinin 48%-ni qadınlar təşkil edib:

“2025-ci ilin əvvəlinə olan göstəricilərə görə, ölkədə fəaliyyət göstərən fərdi sahibkarların 23.3 %-ni qadınlar təşkil edir”.

O.Məmmədov, həmçinin vurğulayıb ki, KOB sektorunda da kifayət qədər qadın sahibkarlar var:

“2024-cü ildə təsisçisi qadın olan 2800-ə yaxın hüquqi şəxs KOB subyekti qeydiyyatdan keçib. Bununla da təsisçisi qadın olan hüquq şəxs KOB-ların sayı 13 mini ötüb. Bu da 2023-cü illə müqayisədə 9% artım deməkdir. Biz də KOBİA olaraq qadın sahibkarlığının inkişafına xüsusi diqqət göstəririk”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv