Xalq artisti Roza Cəlilova vəfat etdi

Xalq artisti Roza Cəlilova vəfat etdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Həkim, #Quba, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, #Səbail, #Təcili Tibbi Yardım, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Noyabrın 19-u, saat 04:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb”.

presstvaz bildirir ki, bu  barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  məlumat  verilib.

Qeyd olunub ki, çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda vurğulanıb.

10:14

Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib.

presstvaz Bakupost.az-a istinadən xəbər verir ki, sənətkar yaşadığı mənzildə – Bakının Səbail rayonunda T.Elçin küçəsi, 5 ünvanında dünyasını dəyişib.

Qeyd edək ki, Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M.F.Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb.

Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.

Ümumdünya festivallarının və beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova “Gülüstan” ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan “Sevinc” rəqs ansamblına da rəhbərlik edib.

2007-ci ildə “Xalq artisti” fəxri adını alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv