"Mayalı məhsullar ürəyin "evini yıxır"

"Mayalı məhsullar ürəyin "evini yıxır"






presstv

"Presstv"az #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kardioloq ürəyin sağlam qalmasına kömək edən qidaları açıqlayıb.

presstvaz xəbər verir ki, rusiyalı kardioloq Anton Vaxlyaev gündəlik qidalanmada daha çox təzə tərəvəz, meyvə və göyərtiyə yer verilməsini tövsiyə edib.

“Kaliumla zəngin məhsullar ürək və damar sağlamlığının qorunmasına müsbət təsir göstərə bilər”.

Həkimin sözlərinə görə bir çox meyvə və tərəvəz kalium baxımından olduqca zəngindir. Bu maddə bütün əzələlərin, o cümlədən ürəyin normal işləməsi üçün böyük əhəmiyyət daşıyır.

Kardioloq aritmiyanın qarşısını almaq üçün də kaliumun faydalı olduğunu bildirib. Kaliumla zəngin qidalar arasında banan, bolqar bibəri, pomidor, üzüm və müxtəlif quru meyvələr yer alır. Bəzi çərəzlərdə, xüsusən fıstıqda da bu maddə çoxdur.

Vaxlyaev diqqətin çərəzlərə yönəldilməsini vacib sayır. Onların tərkibindəki çoxlu doymamış yağ turşuları orqanizmi sərbəst radikalların təsirindən qoruyur və qanın laxtalanmasına qarşı vasitə kimi dolayısı yolla təsir göstərir.

Kardioloq həmçinin qeyd edib ki, heç bir ideal və hər kəs üçün uyğun qida rejimi mövcud deyil. Belə anlayışlar daha çox reklam məqsədi daşıyır. Qidalanma planları əsasən müalicəvi və profilaktik olmaqla iki yerə ayrılır və hər biri öz məqsədinə uyğun faydalı və zərərli xüsusiyyətlər nəzərə alınaraq hazırlanır.

Həkim mayalı məhsulların azaldılmasının da ürək damar xəstəliklərinin qarşısını almağa kömək edə biləcəyini söyləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv