ABŞ-də jurnalistə sui-qəsdi “Quli”nin adamlarına SEPAH sifariş edibmiş: Məhkəmə işi

ABŞ-də jurnalistə sui-qəsdi “Quli”nin adamlarına SEPAH sifariş edibmiş: Məhkəmə işi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Azərbaycan, #Dollar, #Ekstradisiya, #Gürcüstan, #Hakim, #İran, #İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), #Nyu-York, #Özbəkistan, #Rusiya, #Ukrayna, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Manhetten Federal Məhkəməsində (ABŞ) kriminal aləmin üzvləri Rafet Əmirov və Polad Ömərova 25 il həbs cəzası kəsilib.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, mart ayında onlar iranəsilli amerikalı jurnalist və hüquq müdafiəçisi Masi Alinejadın həyatına sui-qəsd təşkil edilməsində günahkar biliniblər.

Nyu-York Cənub Dairəsinin federal prokurorluğu 46 yaşlı Rafet Əmirov və 41 yaşlı Polad Ömərovu məşhur “qanuni oğru”, 2020-ci ildə Antalyada öz mühafizəçisi tərəfindən öldürülmüş Nadir Səlifovun (“Lotu Quli”) rəhbərliyi altında fəaliyyət göstərən “rus mafiyası”nın üzvləri kimi təsvir edib.

İttiham aktına görə, 2022-ci ilin iyul ayının sonu üçün planlaşdırılan, lakin icraçı Xalid Mehdiyevin səriştəsizliyi səbəbindən baş tutmayan Alinejada qarşı sui-qəsd cəhdi İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sifariş edilib və jurnalistin qətlə yetirilməsi üçün yarım milyon dollar ayrılıb.

Prokurorların sözlərinə görə, Gürcüstan vətəndaşı Polad Ömərov, həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı olan Rafet Əmirov bu sifarişə qismən pul xətrinə, eyni zamanda, “Quli”nin ölümündən sonra qruplaşma daxilində onun varisliyi uğrunda gedən çəkişmədə üstünlük qazanmaq ümidi ilə girişiblər.

ABŞ-də jurnalistə sui-qəsdi Qulinin adamlarına SEPAH sifariş edibmiş: Məhkəmə işi

Prokuror kriminal ünsürün “taclanması”nı tanımayıb

Rafet Əmirov vaxtilə məhz Nadir Səlifovun özü tərəfindən “qanuni oğru” kimi taclandırılıb. Polad Ömərov isə Nadir Səlifovun yaxın qohumudur. O da “Quli” tərəfindən taclandırıldığını iddia etsə də, qruplaşmanın digər üzvləri bunu təkzib ediblər. Eyni zamanda, Manhetten prokurorluğu da onu “qanuni oğru” kimi tanımayıb.

2023-cü ildə Çexiyada saxlanılan və bir il sonra ABŞ-yə ekstradisiya olunan Rafet Əmirov istintaqla əməkdaşlıqdan imtina edib.

Məlumata görə, Özbəkistandan təhvil verilən Polad Ömərov isə üzərinə qoyulan ittihamları müzakirə etməkdən boyun qaçırıb. Amma prokurorların dediyinə görə, ABŞ-dən kənarda keçdiyi kriminal karyera barədə sorğu-sual zamanı fəxrlə danışıb.

İcraçı Xalid Mehdiyev (“Əhmədli Xalid”) isə hazırda 27 yaşındadır. Həbs edildiyi zaman əvvəlcə danışmaqdan imtina edib. Daha sonra fikrini dəyişib, istintaqla əməkdaşlığı qəbul edib və mart ayında hakim Kolin Makmahonun sədrliyi ilə keçirilən məhkəmə prosesində üç dəfə ifadə verib.

Xatırladaq ki, hakim Makmahon ABŞ-nin sabiq prezidenti Bill Klinton tərəfindən təyin olunub.

Hakim cəzanı yarıyadək azaltdı

Prokurorluq Rafet Əmirov və Polad Ömərovun hər birinin 55 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Hakim isə hər iki təqsirləndirilən şəxsi 25 il müddətinə azadlıqdan məhrum edib.

Əgər onlar həbsxanada nizam-intizamlı olsalar, təxminən, 20 il cəza çəkəcəklər. ABŞ federal sistemində 1985-ci ildən bəri şərti azadlıq yoxdur. Amma məhbusların cəzası yaxşı davranışa görə, adətən, 15% azaldılır.

“Çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm”

Rafet Əmirov son illər İranda yaşayıb. Polad Ömərovla o əlaqə saxlayıb, Ömərov isə jurnalist Alinejadın öldürülməsi tapşırığını Yonkersdə yaşayan, “U Peppino” adlı pizza restoranında menecer işləyən Xalid Mehdiyevə verib.

Polad Ömərovun vəkili Elena Fest X.Mehdiyevlə çarpaz sorğu-sual keçirib.

O da məlum olub ki, Mehdiyev ABŞ-də ola-ola internet vasitəsilə Ukraynada törədilən bir oğurluq əməliyyatını idarə edib.

“Demək, siz həm beynəlxalq oğurluğu koordinasiya edir, həm də pizza restoranında işləyirdiniz?” – deyə Fest soruşub.

Xalid Mehdiyev hər iki işi eyni vaxtda görməyin məsuliyyət tələb etdiyini etiraf edib:

“Qruplaşma rəhbərlərində yaxşı təəssürat yaratmağa çalışdım ki, gələcəkdə “qanuni oğru” olmağa layiq görülüm”.

ABŞ-də jurnalistə sui-qəsdi Qulinin adamlarına SEPAH sifariş edibmiş: Məhkəmə işi

“Quli”nin ölümündən sonra nə baş verdi?

Nadir Səlifovun (“Quli”) ölümündən sonra Xalid Mehdiyev reketlik etməyə davam edib. Əvvəlcə “Quli”nin qardaşı Namik Səlifovun (“Namik Bakinski”) adından istifadə edirmiş, daha sonra ondan ayrılıb. Polad Ömərovla birgə xaricdən “WhatsApp” vasitəsilə verdiyi tapşırıqlarla işləməyə başlayıb.

Məsələn, Bruklində bir ərzaq mağazasının sahibini “nəzarət”ə götürüblər. Xalid Mehdiyevin maşınını mağazanın dayanacağında gülləbaran edib, onun “Range Rover” markalı avtomobilini yandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv