Rusiya və ABŞ məhbus mübadiləsi imkanlarını müzakirə ediblər

Rusiya və ABŞ məhbus mübadiləsi imkanlarını müzakirə ediblər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya və ABŞ növbəti məhbus mübadiləsi imkanı müzakirə ediblər.

presstvaz-ın xəbərinə görə, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev “Axios” nəşrinə müsahibəsində məlumat verib.

Ən azı səkkiz ABŞ-li Rusiya həbsxanalarındadır. Portal qeyd edir ki, saxlanılanların evə qayıtması Prezident Donald Tramp üçün prioritetdir və mübadilə Kremlə, Ukrayna ilə bağlı gərginliyə baxmayaraq, onun administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq səylərində kömək edə bilər.

“Mən bəzi ABŞ rəsmiləri və Trampın komandasının üzvləri ilə müəyyən humanitar xarakterli mövzular, məsələn, ABŞ tərəfinin üzərində işlədiyi mümkün məhbus mübadiləsi məsələsi ilə bağlı görüşdüm”, – deyə Dmitriyev bildirib.

Portalın mənbəsinin sözlərinə görə, Kirill Dmitriyev bu ideyanı ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və administrasiyanın digər rəsmiləri ilə müzakirə edib.

O, həmçinin danışıqların müsbət məcrada keçdiyini, lakin heç bir razılaşmanın əldə olunmadığını da bəyan edib. Dmitriyev və “Axios”un mənbəsi mübadilə siyahılarına kimin daxil edilə biləcəyini isə açıqlamayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv