“TikTok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı

“TikTok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı






presstv

"Presstv"az #İnzibati Xətalar Məcəlləsi, #Ordubad, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvanın Ordubad rayonunda “TikTok” sosial şəbəkəsində nalayiq ifadələr işlədən şəxs inzibati məsuliyyətə cəlb edilib.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Vüqar Səlimov (adı və soyadı şərti verilib – red.) bu il noyabrın 8-də, axşam saatlarında kafedə olarkən sosial şəbəkədə özünə məxsus “TikTok” səhifəsində canlı yayımda nalayiq sözlər işlədib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən V.Səlimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, canlı yayımda olduğu zaman tanıdığı şəxs ona zəng edib:

“O mənimlə zarafatlaşdı. İçkiliydim deyə canlı yayımda olduğumu unutdum. Zarafatla nalayiq sözlər işlətdim. Hərəkətlərimdən səmimi peşmanam”.

Ordubad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 70 manat məbləğində cərimə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv