DÇ-2026-nın daha üç iştirakçısı bəlli oldu

DÇ-2026-nın daha üç iştirakçısı bəlli oldu






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Kanada, #Meksika, #Niderland, #Polşa, #Slovakiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti qarşılaşmalar baş tutub.

presstvaz xəbər verir ki, A, G və L qruplarında mübarizəyə yekun vulub.

A qrupunda öz meydanında Slovakiyanı 6:0 hesabı ilə darmadağın edən Almaniya turnirin final mərhələsinə vəsiqə qazanıb. Məğlub tərəf mübarizəni pley-offda davam etdirmək imkanı əldə edib.

G qrupunda lider Niderland doğma azarkeşləri önündə Litvadan üstün olub – 4:0. Narıncılar bu qələbə ilə DÇ-də iştiraklarını rəsmiləşdiriblər. Səfərdə Maltanı məğlub edən Polşa bəxtini pley-offda sınamaq şansı qazanıb – 2:3.

L qrupunda dünya çempionatına vəsiqıni öncədən təmin edən lider Xorvatiya son turda səfər matçında Monteneqroya qalib gəlib – 2:3. Pley-offa çıxan Çexiya isə öz meydanında Cəbəllüttariqə aman verməyib – 6:0.

Beləliklə də, dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 35-ə çatıb.

Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv