Yaponiya hökuməti əhalinin azalması ilə mübarizə aparmaq üçün qərargah yaratdı

Yaponiya hökuməti əhalinin azalması ilə mübarizə aparmaq üçün qərargah yaratdı






presstv

"Presstv"az #Ailə, #Audi, #Nəqliyyat, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiya hökuməti əhalinin azalması ilə mübarizə çərçivəsində Baş nazir Sanae Takaiçinin rəhbərliyi altında xüsusi qərargah yaradıb.

presstvaz bu barədə “Kyodo” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qərargah doğum nisbətinin artırılmasından və ailələrin dəstəklənməsindən tutmuş regionların inkişafının stimullaşdırılmasına qədər demoqrafik sahədə tədbirlərin həyata keçirilməsini koordinasiya edəcək. Hazırda bu məsələlərlə bir neçə qurum məşğul olur.

“Hər kəsin seçilmiş bölgədə yaşamağa davam etməsi üçün biz əhalinin azalması ilə mübarizə tədbirlərini hərtərəfli şəkildə təşviq edəcəyik”, – deyə Takaiçi bildirib.

Baş nazir, həmçinin sosial təminat islahatlarının təşviq edilməsini, səhiyyə, nəqliyyat və kommunal infrastrukturun rəqəmsallaşdırılmasını tələb edib.

Qeyd edilir ki, ötən il Yaponiyada 700 000-dən az insan doğulub ki, bu da 1899-cu ildə qeydiyyata başlanıldığı vaxtdan bəri ən aşağı göstəricidir. 65 yaşdan yuxarı yaponların nisbəti rekord həddə – ümumi əhalinin 29.4 faizinə çatıb. Bu göstəriciyə əsasən, gündoğar ölkə dünyada birinci yerdədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv