Fərid Şahbazlı: “Azərbaycan Mərkəzi Asiyada strateji tərəfdaş kimi qəbul olunur”

Fərid Şahbazlı: “Azərbaycan Mərkəzi Asiyada strateji tərəfdaş kimi qəbul olunur”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #İlham Əliyev, #Nəqliyyat, #Özbəkistan, #Şavkat Mirziyoyev, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşü ölkəmizin regional siyasətdə mövqeyinin daha da gücləndiyini göstərən mühüm platformadır. Rəsmi Bakının bu formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ölkəmizin çoxvektorlu xarici siyasət kursunun uğurla həyata keçirilməsinin nəticəsidir. Bu qərar həm region dövlətlərinin Azərbaycanın artan roluna olan marağının göstəricisidir, həm də Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq xəttinin institusional əsasda genişlənməsinə imkan yaradır”.

presstvaz xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışında Azərbaycanla Mərkəzi Asiya arasında güclü körpünün qurulacağına dair verdiyi mesajlar, eləcə də Prezident İlham Əliyevin tamhüquqlu iştirakçı kimi təbrik olunması ölkəmizin regionun gələcək siyasi, iqtisadi və nəqliyyat arxitekturasında mühüm tərəfdaş kimi qəbul olunduğunu göstərir. Bu, Azərbaycan diplomatiyasının son illərdə ardıcıl şəkildə formalaşdırdığı çoxtərəfli əməkdaşlıq xəttinin real nəticəsidir.

Fərid Şahbazlının sözlərinə görə, sammit çərçivəsində Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirdiyi görüş xüsusi əhəmiyyət daşıyır:

“Bu görüş zamanı siyasi dialoqun intensivləşdirilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha yüksək mərhələyə doğru irəlilədiyini göstərir. Ümumilikdə, Daşkənd sammiti Azərbaycanın xarici siyasətinin tək bir istiqamətə bağlı olmadığını, əksinə, müxtəlif regional mərkəzlərlə paralel şəkildə əməkdaşlıq qurmaq imkanına malik olduğunu bir daha sübut etdi. Azərbaycan həm Türk Dövlətləri Təşkilatında, həm Avropa ilə əməkdaşlıq platformalarında, həm də Mərkəzi Asiya formatlarında aktiv mövqedə çıxış etməklə özünü regionlar arasında strateji bağlantı nöqtəsinə çevirir”.

Siyasi şərhçi vurğulayıb ki, bu proses bir daha təsdiq edir ki, ölkəmizin artan beynəlxalq nüfuzu və siyasi çəkisi təsadüfi deyil:

“Bu, Prezident İlham Əliyevin uzunmüddətli, balanslı və realist xarici siyasət kursunun nəticəsidir. Daşkənd sammiti Azərbaycan üçün yeni əməkdaşlıq imkanları açmaqla yanaşı, ölkəmizin regiondakı əsas strateji aktor statusunu da möhkəmləndirir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv