Hibrid avtomobillərin davamlılıq reytinqi açıqlanıb

Hibrid avtomobillərin davamlılıq reytinqi açıqlanıb






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Audi, #Avstriya, #Avto, #avtomobillər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın ADAC avtomobil klubunun apardığı geniş araşdırmanın nəticələri dərc olunub. Tədqiqat çərçivəsində mütəxəssislər müxtəlif markalara məxsus hibrid avtomobillərin akkumulyatorlarının davamlılığını müqayisə ediblər.

presstvaz electrek.co-ya istinadən xəbər verir ki, ADAC analitikləri Avstriyanın AVILOO şirkəti ilə birlikdə altı il ərzində müxtəlif modellər üzrə toplanmış 28 500-dən çox akkumulyatorun vəziyyətinin ölçülərini təhlil ediblər.

Gözlənilməz şəkildə məlum olub ki, avtomobil markası akkumulyatorun xidmət müddətini müəyyən edən əsas amillərdən biridir. Orta hesabla əksər hibridlər 200 min km yürüşdən sonra tutumlarının 80%-dən çoxunu qoruyub saxlayır, lakin markalar arasında ciddi fərqlər aşkar edilib.

Ən stabil nəticəni “Mercedes-Benz” avtomobilləri göstərib, onların akkumulyatorları 200 min km-dən sonra belə, demək olar ki, dəyişməz performans nümayiş etdirir.

“Mitsubishi” isə əksinə, istismarın erkən mərhələlərində tutumun nəzərəçarpacaq dərəcədə azalması ilə seçilib, zaman keçdikcə deqradasiya bir qədər ləngisə də, ilkin itkilər yüksək olur.

BMW modellərində istifadə rejimindən asılı olaraq böyük dəyişkənlik müşahidə olunub. “Ford” akkumulyatorlarında tutumun sürətli azalması qeydə alınıb. “Volkswagen” və “Volvo” avtomobilləri isə orta səviyyəli nəticələr göstəriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv