Aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi: “Bu, Avropa çempionatında ilk qızıl medalımızdır”

Aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi: “Bu, Avropa çempionatında ilk qızıl medalımızdır”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Marian Kolev Avropa çempionatında qazanılan uğuru ölkəmiz üçün tarixi nəticə adlandırıb.

presstvaz xəbər verir ki, bu barədə o, media nümayəndələrinə verdiyi açıqlamasında məlumat verib.

Baş məşqçi bildirib ki, çempionat son dərəcə gərgin keçib, lakin komanda böyük əzm göstərərək ən yüksək pilləni fəth edib:

“Hazırlıq prosesi çox ağır idi, amma nəticə bütün çətinliklərə dəyər. Bu, bizim Avropa çempionatında qazandığımız ilk qızıl medal oldu. Bu uğura görə hər kəsə – xüsusilə də federasiyaya və bizi daim dəstəkləyənlərə təşəkkür edirəm”.

Qeyd edək ki, aerobika gimnastikası üzrə Avropa çempionatında Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlük proqramında çempion adını qazanıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv