Azərbaycanda notbuk istehsalı 15,6 dəfə artıb

Azərbaycanda notbuk istehsalı 15,6 dəfə artıb






presstv

"Presstv"az #Audi, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-oktyabr aylarında kompüter, elektron və optik məhsulların, eləcə də elektrik avadanlıqlarının ümumi istehsal dəyəri 253.4 milyon manat təşkil edib. Kompüter, elektron və optik məhsulların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 98.4 faiz artıb. Elektrik avadanlıqlarının istehsalı isə 11.6 faiz azalıb.

presstvaz rəsmi statistikaya əsaslanaraq xəbər verir ki, hesabat dövründə notbuk istehsalı 15.6 dəfə artaraq 25 min 463 ədədə çatıb. Stolüstü kompüterlərin istehsalı 2.7 dəfə çoxalaraq 2 min 847 ədəd olub. Ölçmə cihazlarının istehsalı 394.5 min ədəd təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz yüksək olub.

Həmçinin elektrik naqillərinin istehsalı 15.7 faiz artaraq 10 383 tona çatıb. Məişət soyuducu və dondurucuların istehsalı 15.5 faiz artım göstərərək 836 ədəd olub.

Elektrik tənzimləyici cihazların istehsalı 20 faiz azalaraq 3 min 386 ədəd təşkil edib. Güc transformatorlarının istehsalı 71.1 faiz azalaraq 239 ədəd olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv