Mpabbe Azərbaycana gəlmədiyinə görə tənqid olunub

Mpabbe Azərbaycana gəlmədiyinə görə tənqid olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Fransa, #Kilian Mbappe, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı oyunda iştirak etməməsi səbəbi ilə tənqid olunub.

presstvaz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Fransa millisinin sabiq yarımmüdafiəçisi Jerom Roten komandanın hücumçusu və kapitanı Kilian Mbappeni Azərbaycana qarşı oyunda topuq zədəsi bəhanəsi ilə iştirak etməmə qərarını pisləyib.

“Biz Ukrayna ilə oyunun 80-ci dəqiqəsində 4:0 hesabı ilə üstün olduğumuz zaman özümüzə sual verirdik, kim Bakıya getməmək üçün zədə uydura bilər?

Mbappe Fransa millisinin kapitanıdır, ona xüsusi yanaşırlar, amma onun komanda yoldaşları da var. Siz həqiqətən düşünürsünüz ki, Bakıya gedənlərin hamısı il ərzində Mbappe qədər və ya daha çox oynayan oyunçular yorulmayıblar və heç nəyi həll etməyən bu oyunda oynamaq istəyirlər? Xeyr. Amma onlar gedirlər, çünki getməlidirlər.

Bu cür qərarlar soyunma otağında problemlərə səbəb ola bilər və mən hələ də əminəm ki, elə oyunçular var ki, Mbappeyə olan bu xoşrəftarlıqdan bezib”, – deyə Roten qeyd edib.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv