Avrasiyanın iqtisadi coğrafiyasını dəyişən layihə – Zəngəzur dəhlizinə dair “Kaspi”nin ŞƏRHİ

Avrasiyanın iqtisadi coğrafiyasını dəyişən layihə – Zəngəzur dəhlizinə dair “Kaspi”nin ŞƏRHİ






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Azərbaycan, #Bakı, #Bakı-Tbilisi-Qars, #Beynəlxalq Hava Limanı, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #İrəvan, #Naxçıvan Muxtar Respublikası, #Nəqliyyat, #Nikol Paşinyan, #Orta Dəhliz, #Özbəkistan, #Vaşinqton, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı gedişləri məntiqi sonluğuna yaxınlaşmaqdadır.

presstvaz mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Hələ 10 noyabr tarixli bəyanatda məhz Azərbaycanın təklifi ilə ölkəmizin əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidin təşkil edilməsi kimi həyati əhəmiyyətli bənd yer aldı.

Bu, Zəngəzur dəhlizinin ilk toxumu və Ermənistanın rəsmən üzərinə götürdüyü öhdəlik idi. Ancaq sonradan rəsmi İrəvan bu öhdəliyindən imtina etməyə, Zəngəzur dəhlizinin açılmasını hər cür bəhanələrlə ləngitməyə çalışdı.

Azərbaycan Ermənistanın mövqeyinin dəyişməsinə nail oldu

Azərbaycan Zəngəzur dəhlizini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirdi, dünya miqyasında ona böyük maraq yaratdı. Bu, sözün əsl mənasında Ermənistanın Zəngəzur dəhlizi məsələsində təklənməsinə gətirib çıxardı. Nəticədə İrəvan tədricən mövqeyini dəyişməyə məcbur oldu. Proseslərin bu məcrada inkişafını əvvəldən uğurla proqnozlaşdıran Azərbaycan öz ərazisində Zəngəzur dəhlizinin inşasını dayandırmadı. Elə bu səbəbdəndir ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində inşaat prosesləri gələn ilin ikinci yarısında yekunlaşacaq.

TRIPP-in Ermənistan ərazisindən keçən hissəsi də tikiləcək

Dəhlizlə bağlı yekun qərar cari ilin avqustunda ABŞ-də verildi. Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu. Prosesə ABŞ-nin birbaşa cəlbi Ermənistanı Zəngəzur dəhlizinə daha çox həvəsləndirir. Bunu Ermənistan parlamentində son çıxışında Baş nazir Nikol Paşinyanın səsləndirdiyi fikirlər də təsdiq edir. Paşinyan burada ilk dəfə olaraq TRIPP-in ölkəsinin ərazisindən keçən hissəsinin yol xəritəsini təqdim edib. Onun sözlərinə görə, marşrutla bağlı bütün detallar ilin sonuna qədər kağız üzərində təsvir olunmalıdır və faktiki tikinti gələn il başlayacaq.

Avrasiyanın iqtisadi coğrafiyasını dəyişən layihə - Zəngəzur dəhlizinə dair Kaspinin ŞƏRHİ

Dəhlizdən qaz kəməri və elektrik xətləri də keçəcək

N.Paşinyan həmçinin TRIPP çərçivəsində avtomobil və dəmir yollarının istismarı ilə bağlı detalları açıqlayıb. Onun sözlərinə görə, sovetlər dönəmində mövcud olan dəmir yolu yenidən işə salınacaq: “Dəmir yolunun haradan keçəcəyini dəqiq deyə bilərəm. Dəmir yolu sovet dövründə mövcud olan dəmir yolunun marşrutu ilə keçəcək. Çünki başqa yerdə dəmir yolunun çəkilməsi real deyil”. O, avtomobil yollarının keçəcəyi ərazilərin də müəyyənləşdirildiyini bildirib. Azərbaycanın perspektivdə Zəngəzur dəhlizi üzərindən təbii qaz və elektrik enerjisi ixrac etməklə bağlı planları da Ermənistanın bu marşrutla bağlı mövqeyinin ölkəmizin istədiyi məcrada dəyişməsinə ciddi təsir edir. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan isə qeyd edib ki, TRIPP layihəsinin keçdiyi ərazilərdə Ermənistan-Azərbaycan sərhədinin daha tez müəyyən olunması istisna deyil.

Vaşinqton sammitində TRIPP vurğusu

TRIPP-in Ermənistandan keçən hissəsinin inşası ilə bağlı artıq ABŞ bu ölkədə müvafiq qiymətləndirmələr aparır. Ümumiyyətlə, indiki ABŞ administrasiyası TRIPP-in mümkün qədər tez reallaşmasında maraqlıdır. Bu mənada təsadüfi deyil ki, Vaşinqtonda ABŞ Prezidenti ilə Mərkəzi Asiya dövlətlərinin liderlərinin C5+1 formatı çərçivəsində baş tutan görüşündə TRIPP diqqət mərkəzində yer aldı. C5+1 formatı ölkələri Orta Dəhlizin potensialının tam açılması və onun TRIPP ilə inteqrasiyası hesabına qarşılıqlı əlaqələri və təchizat zəncirlərinin dayanıqlığını gücləndirmək barədə razılığa gəliblər. Bu da o deməkdir ki, perspektivdə TRIPP Mərkəzi Asiya ölkələrinin idxal-ixrac əməliyyatlarında həlledici rol oynayacaq.

Avrasiyanın iqtisadi coğrafiyasını dəyişən layihə - Zəngəzur dəhlizinə dair Kaspinin ŞƏRHİ

“Zəngəzur dəhlizi bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək”

Qeyd edək ki, TRIPP layihəsi həm də Mərkəzi Asiya ölkələrinin dünyaya çıxışı üçün mühüm istiqamət sayılır. Bu məsələ ümumilikdə Orta Dəhlizin tərkib hissəsi kimi dəyərləndirilməklə xüsusi diqqət cəlb edir. Bu günlərdə Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində Zəngəzur dəhlizi və ümumilikdə Azərbaycan-Mərkəzi Asiya tranzit əməkdaşlığından da danışıb. Dövlət başçısı qeyd edib ki, Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir:

“Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək”.

Bu dəhliz ümumiyyətlə, Avrasiyanın iqtisadi coğrafiyasında mühüm yenilikdir, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini birləşdirən strateji körpüdür. Daha bir önəmli faktor Zəngəzur dəhlizinin türk dünyasının coğrafi bütövlüyünü təmin etməsidir. O, həm də Avrasiyada enerji və kommunikasiya xətlərinin inteqrasiyası üçün yeni imkanların yaradılması deməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv