Enerji içkisinə görə şikəst qaldı

Enerji içkisinə görə şikəst qaldı






presstv

"Presstv"az #Həkim, #Sağlamlıq, #Sankt-Peterburq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sankt-Peterburqda 22 yaşlı gənc uzun illər enerji içkilərindən istifadə nəticəsində ciddi sağlamlıq problemi ilə üzləşib.

presstvaz xəbər verir ki, qeymer ( komputerdə uzun müddət video oyun oynayan şəxs ) həyat tərzi keçirən gənc hər gün bir neçə banka enerji içkisi içərək uzun oyun sessiyalarına davam edirmiş. Nəticədə onun pankreası özünü həzm etməyə başlayıb və sıradan çıxıb.

Tibbi müayinə zamanı gəncə əvvəlcə ağır xroniki pankreatit diaqnozu qoyulub, vəziyyəti isə getdikcə pisləşib. Orqanizm pankreası qoruyan fermentləri ifraz edə bilmədiyi üçün daxili toxumalar zədələnib və pankreas tamamilə məhv olub.

Xəstəlik həmçinin gəncin sinir sisteminə təsir edərək polineyropatiyayə səbəb olub və nəticədə onun ayaqları iflic vəziyyətə düşüb. Hazırda gənc rehabilitasiya alır və yenidən yeriməyi öyrənir.

Həkimlər bildirirlər ki, energetik içkilərin uzunmüddətli istifadəsi ciddi pankreas, sinir və ürək-damar problemlərinə yol açır və sağlamlıq üçün yüksək risk təşkil edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv