ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırdı

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırdı






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Co Bayden

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidentinin Administrasiyası sabiq prezident Co Baydenin dövründə Alyaskada neft və qaz hasilatına qoyulan məhdudiyyətləri tamamilə ləğv edib.

presstvaz “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin daxili işlər naziri Duqlas Berqam məlumat verib.

“Biz 2024-cü il qaydalarını ləğv etməklə, Prezident Trampın Alyaskanın enerji potensialını açmaq, şimal sakinləri üçün iş yerləri yaratmaq və Amerikanın yanacaq təhlükəsizliyini gücləndirmək üçün müəyyən etdiyi xəttə uyğun hərəkət edirik”, – deyə Berqam söyləyib.

Bayden dövründə qoyulan son məhdudiyyətlər ştatın şimal hissəsində federal hökumətə məxsus olan və Alyaskada milli neft ehtiyatını təşkil edən 4.3 milyon hektar ərazinin işlənməsi üçün icarəyə verilməsini qadağan edirdi. Üstəlik, 2024-cü ildə müəyyən olunmuş tənzimləmə daha 800 min hektar ərazinin işlənməsinə sərt şərtlər qoyurdu. Bu qərar Trampın “Qaz, əzizim, qaz” (Drill, baby, drill) şüarı altında ABŞ-də hasilatın genişləndirilməsi üzrə enerji siyasətinin reallaşdırılmasında əhəmiyyətli addımdır.

Agentlik bildirib ki, yerli əhalinin “Arktika inyupiatlarının səsi” birliyi (inyupiatlar Alyaskanın şimalında yaşayan, “həqiqi insanlar” mənasını verən yerli əhalidir) məhdudiyyətlərin aradan qaldırılmasını alqışlayıb, çünki yataqların inkişafı Alyaskanın şimal rayonları üçün vergi gəlirlərinə əhəmiyyətli töhfə verməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv