Oktyabrda ən çox bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı

Oktyabrda ən çox bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı






presstv

"Presstv"az #Alkoqollu içkilər, #Audi, #Avto, #avtobus, #Bahalaşma, #kərə yağı, #Nəqliyyat, #Qida məhsulları, #Qiymət artımı, #sarımsaq, #Xurma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 105.9 faiz olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 108.2 faiz, qeyri-qida məhsulları üzrə 102.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105.6 faiz təşkil edib.

presstvaz Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri indeksi 100.5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.7 faiz olub.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə oktyabr ayında əvvəlki aya nisbətən indeks 100.8 faiz, yanvar-oktyabr aylarında isə 106.9 faiz təşkil edib.

Ən çox qiymət artımı qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın qiymətlərində müşahidə olunub.

Ucuzlaşma isə bu məhsullarda qeydə alınıb: Limon, portağal, naringi, alma, heyva, narın, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğan. Digər qida məhsullarında ciddi dəyişiklik olmayıb.

Qeyri-qida məhsulları üzrə oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.6 faiz təşkil edib. Ən çox bahalaşma geyimlər, şəxsi gigiyena və zərgərlik məmulatlarında, ucuzlaşma isə yuyucu və təmizləyici vasitələrdə müşahidə olunub. Digər qeyri-qida məhsullarında ciddi dəyişiklik baş verməyib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə oktyabr ayında indeks əvvəlki aya nisbətən 100.4 faiz, yanvar-oktyabr aylarında isə 106.6 faiz təşkil edib. Bahalaşma əsasən mənzillərin kirayəsi, metro, taksi, şəhər və şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərdə ciddi dəyişiklik olmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv