AMEA-nın vəzifəli şəxsi vəfat etdi

AMEA-nın vəzifəli şəxsi vəfat etdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Biləsuvar, #İlham Əliyev, #Sərəncam, #Vəfat edib, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri Kamil Mənsimov vəfat edib.

presstvaz xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Kamil Bayraməli oğlu Mənsimov 1950-ci ilin dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və universiteti 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA Kibernetika institutunda baş laborant kimi işə başlayıb.

1974-cü ildə həmin institutunun qiyabi aspiranturasına daxil olub və 1978-ci ildə aspiranturanı bitirərək 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

1992-ci ilə qədər həmin institutda kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1992-ci ilin iyul ayında müsabiqədən keçərək Bakı Dövlət Universitetinin “Əməliyyatlar tətbiqi və riyazi modelləşdirmə” kafedrasının dosenti vəzifəsinə qəbul olunub. 1995-ci ildən 1998-ci ilə qədər adıçəkilən kafedranın professoru vəzifəsində işləyib.

1998-ci ildən “Riyazi kibernetika” kafedrasının müdiri işləyib. Bundan başqa, AMEA Kibernetika İnstitutunda” Mürəkkəb dinamik sistemlərdə idarəetmə” laboratoriyasına rəhbərlik edib, Prezident yanında Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” üzrə ekspert komissiyasının üzvü olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv