“Azerbaijan Fish Farm” “Busan International Seafood & Fisheries Expo 2025″də Azərbaycanı təmsil edib

“Azerbaijan Fish Farm” “Busan International Seafood & Fisheries Expo 2025″də Azərbaycanı təmsil edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azerbaijan Fish Farm” (AFF) Koreya Respublikasındakı Azərbaycan Respublikasının Səfirliyinin Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə “Busan International Seafood & Fisheries Expo 2025” (BISFE 2025) sərgisində ölkəmizi uğurla təmsil edib. BISFE Asiyanın tanınmış və nüfuzlu dəniz məhsulları sərgilərindən biridir.

Busanda keçirilən sərgi Azərbaycanın akvakultura sənayesinin beynəlxalq arenada tanıdılması və ölkəmizin yüksək keyfiyyətli dəniz məhsullarının Asiya bazarında təqdim olunması üçün mühüm platforma olub.

AFF sərgidə premium qara kürü brendi – “Baku Caviar” məhsullarını nümayiş etdirib. Stend ziyarətçilərin və sənaye mütəxəssislərinin böyük marağına səbəb olub; məhsulların yüksək keyfiyyəti, zərif dadı və ekoloji məsuliyyət prinsipləri xüsusi vurğulanıb.

Şirkət həmçinin məsuliyyətli akvakultura sahəsində əldə etdiyi nailiyyətləri təqdim edib – müasir texnologiyaların ekoloji yanaşma ilə uzlaşdırılması ziyarətçilər tərəfindən yüksək qiymətləndirilib. AFF-in dayanıqlı istehsal və ətraf mühitə qayğı prinsiplərinə sədaqəti sərgi iştirakçıları tərəfindən müsbət qarşılanıb.

“BISFE 2025 AFF” üçün Asiya regionunda yeni əməkdaşlıqlar qurmaq və Azərbaycan qara kürüsünün nüfuz dairəsini genişləndirmək imkanı yaradıb. Sərgidə ən çox müzakirə olunan mövzulardan biri şirkətin Xəzər dənizində nərə balıqlarının populyasiyasının bərpasına yönəlmiş uzunmüddətli ekoloji təşəbbüsü olub.

“Azerbaijan Fish Farm” hər satılan qara kürü bankasına görə 10 nərə balığını Xəzər dənizinə buraxır, bununla da bu qədim və nəsli tükənməkdə olan növlərin qorunmasına töhfə verir.

AFF-in “BISFE 2025″də uğurlu iştirakı Azərbaycan qara kürüsünün Asiya bazarlarında ixrac potensialını daha da artırır və ölkəmizin texnologiya ilə ekoloji məsuliyyəti birləşdirən nümunəvi akvakultura modelinə sahib olduğunu nümayiş etdirir.

Azerbaijan Fish Farm Busan International Seafood & Fisheries Expo 2025də Azərbaycanı təmsil edib

Azerbaijan Fish Farm Busan International Seafood & Fisheries Expo 2025də Azərbaycanı təmsil edib

Azerbaijan Fish Farm Busan International Seafood & Fisheries Expo 2025də Azərbaycanı təmsil edib

Azerbaijan Fish Farm Busan International Seafood & Fisheries Expo 2025də Azərbaycanı təmsil edib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv