Nazir: “Müəllim saathesabı, yarımştat kimi yox, tamamilə daimi ştatda olacaq”

Nazir: “Müəllim saathesabı, yarımştat kimi yox, tamamilə daimi ştatda olacaq”






presstv

"Presstv"az #Dərs yükü, #Emin Əmrullayev, #Milli Məclis, #Təhsil, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2003-2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilib. 2025-ci ildə dövlət əsaslı vəsait hesabına yeni məktəblərin tikintisi və əsaslı təmir işləri həyata keçirilib. 47 təhsil müəssisəsində tikinti-quraşdırılma işləri aparılıb, 20 təhsil müəssisinin tikintisi başa çatıb”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, son 5 ildə qəzalı məktəblərin sayı 2.5 dəfə azalıb:

“Yəni, biz 1000 qəzalı məktəbdən 400-ə enə bilmişik. Bu hər il orta hesabla 100 məktəb deməkdir. 400-dən az məktəbimiz var ki, ya əsaslı təmirə, ya da yenidən tikintisinə ehtiyac var”.

“Müəllim saathesabı, yarımştat kimi yox, tamamilə daimi ştatda olacaq. Daimi dərs yükü 18 saat olacaq. Qalan zamanda müəllim şagirdlərlə işləyəcək. Sertifikasiyada yüksək bal toplayan müəllimlər bu sistemlə yüksək maaşla işləyəcək. Bu, məcburi olmayacaq. İstəməyən müəllimlər saathesabı sistemlə davam edə biləcək. Müəllimlərin orta aylıq əməkhaqqısının aşağı olmasının səbəbi saathesabı sisteminə görədir. Həftədə 4 saat dərs deyən müəllim nə qədər maaş ala bilər ki?”, – deyə nazir əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv