Britaniyanın səhiyyə naziri həmkarını devirmək istəyir?

Britaniyanın səhiyyə naziri həmkarını devirmək istəyir?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq Leyboristlər Partiyasında ölkənin indiki Baş nazir Kir Starmerin yerini onun tuta biləcəyi barədə yayılan məlumatları təkzib edib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Stritinq belə şayiələri tamamilə mənasız məlumat, ağ yalan adlandırıb.

“Mən baş nazirin istefasını tələb etmək niyyətində deyiləm. Mən baş naziri dəstəkləyirəm. Özü də o, Leyboristlər Partiyasının lideri seçildiyi vaxtdan etibarən dəstəkləyirəm”, – deyə Stritinq bildirib.

10:52

Böyük Britaniyanın Leyboristlər Partiyası Baş nazir Kir Starmeri vəzifəsindən uzaqlaşdırmaq məqsədilə ona qarşı partiyadaxili plan hazırlayırlar.

presstvaz xəbər verir ki, bu barədə məlumatı BBC baş nazirə yaxın mənbələrə istinadla yayıb.

Onların sözlərinə görə, prosesdə iştirak edən leyborist deputatlar Starmeri əvəzləmək üçün səhiyyə naziri Ues Stritinqin və daxili işlər naziri Şabana Mahmudun namizədliklərinə dair müzakirə aparırlar.

Bildirilir ki, Starmeri vəzifəsindən kənarlaşdırmaq cəhdi yaxın vaxtda baş tuta bilər. Onun əleyhdarlarının noyabrın 26-dan fəallaşacağı gözlənilir. Həmin vaxt maliyyə naziri İcmalar Palatasında büdcə ilə bağlı müraciət etməli və büdcə kəsirinə qarşı mübarizə üçün vergilərin artırılacağını elan etməlidir.

Mənbələrin fikrincə, intriqalar Leyboristlər Partiyasını xaosa sürükləyəcək, beynəlxalq bazarların sabitliyini poza və Starmerin ABŞ Prezidenti Donald Trampla qurduğu yaxşı münasibətləri təhlükə altına qoya bilər.

Qeyd edək ki, “Daily Mail” noyabrın 8-də yazmışdı ki, Starmer ona etimadın zəifləməsi səbəbindən 2026-cı ilin yayına qədər istefa verə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv