Rüfət Hacıyevə hökm oxundu – Əmlakı da müsadirə edildi

Rüfət Hacıyevə hökm oxundu – Əmlakı da müsadirə edildi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Orta məktəb, #Quba, #Quba-Xaçmaz Regional Təhsil İdarəsi, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin məhkəmə araşdırması başa çatıb.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, hökmə əsasən, Rüfət Hacıyev külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun üzərinə həbs qoyulmuş əmlakı da dövlət nəfinə müsadirə edilib.

Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə razılaşmayıb. O, hökmdən apellyasiya şikayəti verib.

Qeyd edək ki, Rüfət Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyin edilməsi, təhsil müəssisələrində yoxlamaların keçirilməməsi, xidmət üzrə ümumi himayədarlıq göstərilməsi və digər qanunsuz məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 65 min manatdan artıq pul vəsaitini şəxsən alıb.

Eyni zamanda, o, qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pul vəsaitini yaxınlarının adlarına müxtəlif maliyyə əməliyyatları keçirməklə leqallaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv