Çoxlu şirniyyat yemək saçları tökürmüş – Araşdırma

Çoxlu şirniyyat yemək saçları tökürmüş – Araşdırma






presstv

"Presstv"az #Alkoqollu içkilər, #Araşdırma, #Düzgün qidalanma, #Saç tökülmə, #Saç tökülməsi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi qidalar saçların tökülməsinə səbəb olur.

presstvaz  bildirir ki, bu barədə məlumat Medical Xpress-in xəbərində qeyd olunub.

“Nutrition and Health” jurnalında dərc olunan araşdırmada alimlər 17 fərqli tədqiqatın nəticələrini təhlil edərək müəyyən ediblər ki, bəzi qidalar saçların tökülməsini sürətləndirir, digərləri isə onların böyüməsini dəstəkləyir.

Mütəxəssislər vurğulayır ki, şəkərli içkilər və alkoqollu məhsullar saç tökülməsi riskini artırır. Florida Universitetinin qidalanma mütəxəssisi Lora Akosta izah edir ki, yüksək miqdarda şəkərin qəbulu insulinin kəskin artmasına səbəb olur, bu isə orqanizmdə iltihab proseslərini gücləndirir və saçın təbii böyümə dövrünü pozur.

Alkoqol isə birbaşa saç köklərinə zərər verməsə də, qida maddələrinin çatışmazlığına, onların zəif mənimsənilməsinə, qaraciyərin əlavə yüklənməsinə, yuxu keyfiyyətinin pisləşməsinə və sistemli iltihaba səbəb olur. Nəticədə saçlar zəifləyir və tökülməyə başlayır. Həmçinin, yetərli zülal qəbulu olmaması saçların incəlməsinə və seyrəkləşməsinə gətirib çıxarır.

Saç sağlamlığını dəstəkləyən qidalar arasında soya məhsulları (tofu, edamame) və xaççiçəklilər fəsiləsinə aid tərəvəzlər (brokoli, gül kələmi) xüsusi önəm daşıyır. Bu qidalar saç köklərini gücləndirir, böyümə prosesini təşviq edir və saçın parlaq və sağlam qalmasına yardımçı olur.

Ekspertlər tövsiyə edir ki, saç sağlamlığını qorumaq üçün şəkərli və alkoqollu içkilərin miqdarı azaldılmalı, balanslı və zülal, vitamin və mineral baxımından zəngin rasion saxlanılmalıdır. Həmçinin, su qəbulu artırılmalı və düzgün qidalanma ilə yanaşı, kifayət qədər yuxu və stressin idarəsi də saçların sağlamlığı üçün vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv