Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya təyyarə qəzası ilə bağlı başsağlığı verib

Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya təyyarə qəzası ilə bağlı başsağlığı verib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Başsağlığı, #Gürcüstan, #Hərbi Hava Qüvvələri, #İlham Əliyev, #Kəmaləddin Heydərov, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar bu ölkənin daxili işlər naziri Ali Yerlikayaya zəng edib.

presstvaz xəbər verir ki bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir,

Qeyd olunub ki, nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb.

“Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir K.Heydərov, faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib. Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib”, – deyə məlumatda deyilir.

Türkiyəli nazir A.Yerlikaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv