“UniDestin” Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək

“UniDestin” Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Magistratura, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“UniDestin” Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi təşkil olunacaq.

presstvaz “Report”a istinadən xəbər verir ki, tədbir xaricdə təhsil almaq istəyən tələbələr, magistratura və doktorantura üzrə xaricdə akademik karyera planlayan gənclər üçün ABŞ-də təhsil imkanları haqqında birbaşa məlumat almaq imkanı yaradacaq.

Sərgidə iştirakçılar ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən görüşəcək, qəbul şərtləri, ixtisas seçimi, viza prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat əldə edəcəklər.

Sərgi noyabrın 17-də saat 16:30-dan 17:30-dək davam edəcək.

UniDestin Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi keçiriləcək

Tədbirdə Akron Universiteti (The University of Akron), Avila Universiteti (Avila University), Herzing Universiteti, Çikaqo Konkordiya Universiteti (Concordia University Chicago), LIM Kolleci, Rensselaer Politexnik İnstitutu, Penn State – Dikinson Hüquq Məktəbi təmsil olunacaqlar.

Tədbirin xüsusi qonaqları “InUni Global” şirkətinin rəhbər şəxsləri olacaqlar – Beynəlxalq Tələbə Qəbulu üzrə Qlobal Direktor Monika Sançes və Beynəlxalq Tələbə Qəbulu və Tərəfdaşlıqlar üzrə vitse-prezidentin müavini Blerina Polovina.

On ildən artıq beynəlxalq təhsil sahəsində təcrübəyə malik Monika Sançes tələbə qəbulu, qlobal tərəfdaşlıqlar və universitetlərlə əməkdaşlıq sahəsində uğurlu layihələri ilə tanınır.

Blerina Polovina isə ABŞ universitetlərinə beynəlxalq tələbə cəlbi strategiyalarının qurulması və genişləndirilməsi sahəsində əldə etdiyi nailiyyətlərlə seçilir.

Tədbirdə iştirak ödənişsizdir. “UniDestin” mərkəzindən bildirilib ki, tədbir məhdud sayda iştirakçı ilə keçiriləcək və əvvəlcədən qeydiyyat edən tələbələrə üstünlük veriləcək.

Əlaqə: (+99455) 848-03-09 / (+99450) 836-44-99.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv