Siyavuş Aslanın oğlu: “Atamın yubileyinə getmədim”

Siyavuş Aslanın oğlu: “Atamın yubileyinə getmədim”






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Noyabrın 6-da atam Siyavuş Aslanın 90 illik yubileyi münasibətilə Akademik Milli Dram Teatrında “Varlı qadın” tamaşası nümayiş olundu. Əslində iştirak etmək istəyirdim, amma dəvətnamələri alandan sonra fikrimdən daşındım. Mənə elə bir yeri təklif etmişdilər ki, özümə ayıb bildim gedib orada oturum. 9-cu, 10-cu sıralar… Küncdə, qıraqda, ortalarda qalan yerlər…

Başa düşmədim ki, onlar niyə məni belə yerlərdə oturmağa layiq biliblər. Etirazımı bildirdim və xahiş etdim ki, rəhbərinizə də bildirərsiniz. Sizin orada VIP lojalarınız, 1-ci, 2-ci sıralarınız ola-ola, 10 ildə bu boyda şəxsiyyətin yubileyini qeyd edirsiniz və aman-zaman bir övladını uzaq sıralara atmaqda məqsədiniz nə idi? Bundan şübhələndim və getmədim ki, söz-söhbətlər də olmasın. İmkanım olsaydı, öncədən bilsəydim, gedib öz pulumla bilet alardım. Bu şəxsən mənə böyük diqqətsizlikdir. Siz 10 ildə bir tədbir keçirirsiniz, dövlət sizə təmənna edib bu işləri görməkdə, sənətkarın bir övladına 1-ci sırada yer tapılmadı? Bəs məni niyə 9-cu və 10-cu sıralara dəvət edirsiniz?”

presstvaz xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Siyavuş Aslanın oğlu Eldar Aslan deyib.

Siyavuş Aslanın oğlu: Atamın yubileyinə getmədim

O daha sonra atasının sənətlə bağlı heç bir arzusunun olmadığını bildirib:

“Atamın sənətlə bağlı heç bir arzusu yox idi. Bilirsiniz də, belə şöhrəti sənətkarlar nadir hallarda qazanırlar. Atam istədiyi hər şeyə nail olmuşdu. Şəxsiyyət kimi formalaşıb, adını tarixə yazdırmağı bacarmışdı. O, sənətdə hər şeyə nail olmuşdu. Deyə bilmərəm ki, hansısa arzusu ürəyində qaldı. Yaradıcılığı zəngin idi”.

Bir müddət əvvəl sənətkarın oğlu mediada – “Rasim Balayev teatrı fəth edə bilmədi”, – demişdi. Rasim Balayev onun bu sözlərindən sonra Eldar Aslanın ünvanına bəzi ifadələr işlətmişdi.

“Təbii ki, Rasim müəllimə mən teatrşünas və rejissor kimi yox, bir ziyalı insan, sadə bir vətəndaş kimi o sözləri bildirmişəm. Təcrübəmdən də faydalanıb şəxsi fikir söyləmişəm. Rasim Balayev deyir ki, o kimdir mənə münasibət bildirir? Mən də dahi bir şəxsiyyətin, ziyalı bir insanın övladıyam. Haqqım da var deməyə, sözüm də. Deyərəm, o yana da keçərəm. Mənim sözümü heç kim kəsə bilməz. Biz azad bir məmləkətdə yaşayırıq”, – deyə Eldar Aslan bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv