Suriya Prezidenti Əhməd əş-Şaraa 11 sentyabr hadisələrində iştirak edib?

Suriya Prezidenti Əhməd əş-Şaraa 11 sentyabr hadisələrində iştirak edib?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hadisə, #Nyu-York, #Suriya, #təyyarə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa bəyan edib ki, 2001-ci il 11 sentyabr hadisələrində iştirak etməyib.

presstvaz xəbər verir ki, prezident özü bunu “Fox News” telekanalına müsahibəsində bildirib.

Əş-Şaraanın sözlərinə görə, o zaman hələ onun bölgəsində “Əl-Qaidə” qruplaşması yox idi. Üstəlik, o, hər hansı bir qərar qəbul etmək üçün çox gənc idi.

“Mənim cəmi 19 yaşım var idi, çox gənc idim və o zaman qərar qəbul etmək səlahiyyətim yox idi. Mənim bununla heç bir əlaqəm yoxdur. O vaxt mənim bölgəmdə “Əl-Qaidə” belə yox idi”, – deyə Əhməd əş-Şaraa vurğulayıb.

Suriya prezidenti qeyd edib ki, “Əl-Qaidə” ilə əlaqələri artıq keçmişdə qalıb.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçular tərəfindən qaçırılmış iki “Boeing 767” təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılıb. Nəticədə təqribən 3000 insan həlak olub. Hadisənin “Əl-Qaidə” qruplaşması tərəfindən törədildiyi bildirilir.

Əhməd əş-Şaraa bu il noyabrın 9-da Vaşinqtona səfər edib, noyabrın 10-da ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşün yekunlarına əsasən, tərəflər terrorizmə qarşı birgə mübarizə barədə razılığa gəliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv