Ötən il İranda hava çirklənməsindən 60 minə yaxın insan ölüb

Ötən il İranda hava çirklənməsindən 60 minə yaxın insan ölüb






presstv

"Presstv"az #Audi, #Dollar, #İran, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədə hava çirkliliyi səbəbindən təxminən 58 975 nəfər həyatını itirib.

presstvaz bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, bu, gündə orta hesabla 161, saatda isə təxminən 7 ölüm deməkdir. Söhbət xüsusilə havada olan və ağciyərlərə birbaşa daxil ola biləcək dərəcədə xırda – 2,5 mikrondan kiçik toz və çirk hissəciklərindən gedir.

Rəsmilərin sözlərinə görə, bu hissəciklərin səviyyəsi İranın böyük şəhərlərində beynəlxalq səviyyədə icazə verilən normanı bir neçə dəfə üstələyir. Ölkədə 30 yaşdan yuxarı vətəndaşlar arasında baş verən bu ölümlərin 23%-i ürəyin işemik xəstəliyi, 21%-i ağciyər xərçəngi, 17%-i xroniki ağciyər xəstəlikləri, 15%-i insult və digərləri müxtəlif tənəffüs yolu infeksiyaları ilə əlaqələndirilir.

Havanın çirklənməsinin iqtisadi təsirləri də ağırdır: 2024-cü ildə bu səbəbdən ölkə iqtisadiyyatının vurduğu zərərin təxminən 17.2 milyard dollar olduğu bildirilib ki, bu da gündə 47 milyon dollarlıq itki deməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv