Bütün texnoloji trendlərin məhz 4 ölkə tərəfindən diqtə edilməsinin SİRRİ

Bütün texnoloji trendlərin məhz 4 ölkə tərəfindən diqtə edilməsinin SİRRİ






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Çin, #Çin Xalq Respublikası, #Dollar, #İsrail, #Yaponiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dünyada tədqiqat və inkişaf (“Research and Development” – (R&D) sahələrinə ən çox pul ayıran ölkə Amerika Birləşmiş Ştatlarıdır: 476.5 milyard dollar. İkinci yerdə 376.6 milyard dollarla Çin Xalq Respublikası gəlir”.

Bu barədə Baku TV-nin “Yekunlaşdıraq” verilişində məlumat verilib.

Bildirilib ki, bu rəqəmlərə baxanda aydın olur ki, Çinin son illərdə sürətli inkişafının və ABŞ ilə başa-baş rəqabət aparmasının kökündə duran hansı amildir:

“Üçüncü yerdə 170.5 milyard dollarla Yaponiya, dördüncü yerdə təxminən 110 milyard dollarla Almaniya qərar tutub. Təəccüblü deyil ki, niyə texnoloji baxımdan dünyada bütün trendləri məhz bu 4 ölkə diqtə edir.

Çin elmi-texnoloji sahələrə yatırımları 2000-ci ildən sonra 7 dəfə artıb. İqtisadi inkişaf tempi də bununla paralel güclənib. Amerika ilə arasında təxminən 100 milyard dollar fərq olsa da, “Səma imperiyası” yaxın gələcəkdə bu fərqi azalda-azalda gedəcək və günlərin birində Çin Tədqiqat və İnkişaf sahələrinə ayrılan pulun həcminə görə ABŞ-ni geridə qoyacaq. Bax, ondan sonra nəyin baş verəcəyi doğrudan maraqlıdır.

Tədqiqat və İnkişaf xərclərinin Ümumi Daxili Məhsula nisbəti baxımından isə birinci yerdə İsrail gəlir. Orada Ümumi Daxili Məhsulun 6.3%-i R&D xərclərinə ayrılır. Güney Koreyada həmin rəqəm 5%-ə bərabərdir. Buradan aydın olur ki, həmin balaca ölkələri böyük edən “sirr” nədir”.

Daha ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv