Cənubi Koreyanın sabiq prezidenti vətənə xəyanətdə ittiham olunur

Cənubi Koreyanın sabiq prezidenti vətənə xəyanətdə ittiham olunur






presstv

"Presstv"az #Audi, #Cənubi Koreya, #Hakim, #Münaqişə, #Şimali Koreya, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə, #Yun Sok Yol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol vətənə xəyanətdə ittiham olunur.

presstvaz “Yonhap” agentliyinə istinadən xəbər verir ki, xüsusi prokurorluq qrupu belə qənaətə gəlib.

Məlumata görə, sabiq ölkə başçısı 2024-cü ilin oktyabrında Şimali Koreyaya PUA-lar göndərilməsinə göstəriş verib.

İddia olunur ki, Yol düşmən dövləti münaqişəyə cəlb etmək və ölkədə hərbi vəziyyət yaratmaq üçün qəsdən belə addım atıb.

Göndərilən dronun Pxenyan yaxınlığında vurulduğu və Şimali Koreya hakimiyyətinin əlinə bəzi məlumatlar keçdiyi vurğulanır. Prokurorluq əməkdaşları hesab edirlər ki, sabiq prezidentin hərəkətləri məxfi hərbi məlumatları üzə çıxarıb.

Bunu əldə əsas tutan hüquq-mühafizə orqanları sabiq prezidenti hərbi maraqlara zərbə vurmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edirlər.

Yol əvvəllər dövlət çevrilişi təşkil etməkdə də ittiham olunub. Keçmiş dövlət başçısı iyul ayından istintaq təcridxanasındadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv